Yuxarı

​Peskov: "Rusiya və Azərbaycan prezidentlərinin Bakıdakı danışıqları müsbət olub"

Prezident öz səfərini olduqca müsbət və xoş təəssüratlarla başa vurub

Bakı. 14 İyun. REPORT.AZ/ Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin Bakıda baş tutan danışıqları müsbət olub, bütün ikitərəfli münasibətlərə aid kompleks məsələlər və beynəlxalq vəziyyət müzakirə olunub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Danışıqlar çox müsbət olub və prezident də (Putin) səfərini (Bakıya) olduqca müsbət və xoş təəssüratlarla başa vurub", - deyə prezidentin mətbuat katibi qeyd edib.

Onun sözlərinə görə, dövlət başçısının I Avropa Oyunlarının açılışında iştirak etmək məqsədi ilə səfər etdiyi Bakıda baş tutan Rusiya-Azərbaycan danışıqları bir neçə formatda aparılıb: əvvəlcə XİN rəhbərləri və onların müavinləri səviyyəsində görüş keçirilib, daha sonra nümayəndə heyətləri formatında danışıqlar aparılıb və sonda prezidentlərin ikitərəfli görüşü keçirilib.

"Bütün  ikitərəfli münasibətlərə aid kompleks məsələlər və beynəlxalq vəziyyət müzakirə olunub", - deyə Peskov bildirib və qeyd edib ki, Rusiyanın Azərbaycanla qarşılıqlı münasibətləri "ənənəvi olaraq böyük əhəmiyyət kəsb edib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi