Pekin-2022 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimində Azərbaycanı Baş nazirin müavini Əli Əhmədov təmsil edəcək.
“Report” xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, Pekin-2022 Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək davam edəcək.
Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək qonaqlar arasında Rusiya Prezidenti Vladimir Putin, Pakistanın Baş naziri İmran Xan, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Tacikistan Prezidenti Emomali Rahmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Misir Prezidenti Əbdül Fəttah əs-Sisi, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Əbu-Dabi Şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Polşa Prezidenti Andjey Duda, Serbiya Prezidenti Aleksander Vuçiç, Sinqapur Prezidenti Halima Yakob, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax, BMT-nin Baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının Prezidenti Abdulla Şahid, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus də var.