Patriarx Kirill: "Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yaşadığını görmək sevindirici haldır"

Patriarx Kirill: "Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yaşadığını görmək sevindirici haldır" Rusiyanın patriarxı: "Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yaşadığını görmək sevindirici haldır"
Xarici siyasət
18 Oktyabr , 2016 16:01
Patriarx Kirill: Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yaşadığını görmək sevindirici haldır

Bakı. 18 oktyabr. REPORT.AZ/ Moskvanın və bütün Rusiyanın patriarxı Kirill Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsinin 25 illiyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

"Report" xəbər verir ki, Moskva Patriarxlığının saytında dərc edilən təbrik mesajında Azərbaycan xalqının 25 il əvvəl müstəqil inkişaf yolunu seçdiyi qeyd edilib.

Rus Pravoslav Kilsəsinin (RPK) rəhbəri Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələrinin dinc yaşadığını görməyin sevindirici hal olduğunu vurğulayıb.

O, həmçinin RPK-nin Bakı yeparxiyasının fəaliyyətinə diqqət ayırdığına, yerli ənənələrin və zəngin mədəni irsin, insanların mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsinin qorunmasına, sosial sabitlik və harmoniyanın yaradılmasına yönəlmiş dinlərarası dialoq və səmərəli əməkdaşlığa dəstək verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Patriarx Prezident İlham Əliyevə xalqa xidmətdə güc və uğurlar, Azərbaycan bütün sakinlərinə isə sülh və rifah arzulayıb.

Son xəbərlər

Orphus sistemi