Paşinyan Soçidə Putin və Əliyevlə görüşəcək

Paşinyan Soçidə Putin və Əliyevlə görüşəcək Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya və Azərbaycan liderləri - Vladimir Putin və İlham Əliyevlə görüşdə iştirak etmək üçün oktyabrın 31-də Soçiyə yollanacaq.
Xarici siyasət
26 Oktyabr , 2022 12:09
Paşinyan Soçidə Putin və Əliyevlə görüşəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə Azərbaycan liderləri - Vladimir Putin və İlham Əliyevlə görüşdə iştirak etmək üçün oktyabrın 31-də Soçiyə gedəcək.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə deyib.

“Bəli, məndə olan məlumata görə, Baş nazir Soçiyə gedəcək. Görüşün baş tutacağına inanıram”, - o bildirib.

Xatırladaq ki, Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanı Rusiyaya üçtərəfli görüşə dəvət edib.

Son xəbərlər

Orphus sistemi