Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginliyə səbəb olacaq

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginliyə səbəb olacaq Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və sonradan demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq.
Xarici siyasət
18 Aprel , 2024 11:16
Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası regionda gərginliyə səbəb olacaq

Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə yerləşən Tavuş vilayətinin sakinləri ilə görüşündə deyib. Söhbətin videoyazısını baş nazirin mətbuat xidməti yayıb.

“Əgər biz delimitasiya və demarkasiya ilə bağlı addımlar atmasaq, mən zəmanət verirəm ki, bölgəmizdə daha bir partlayış baş verəcək”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi