Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb

Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb.
Xarici siyasət
27 Mart , 2024 16:17
Paşinyan: Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb

Ermənistanla Azərbaycan arasında sülh sazişinin prinsipləri razılaşdırılıb.

“Report” “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Milli Assambleyasının Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorens Petelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

O bildirib ki, bu prinsiplər 2022-ci il oktyabrın 6-da Praqada keçirilən dördtərəfli görüş çərçivəsində razılaşdırılıb.

Görüş zamanı həmçinin Cənubi Qafqazdakı cari vəziyyət, o cümlədən regional kommunikasiyaların açılması məsələsi müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi