Paşinyan Azərbaycan və Rusiya liderləri ilə görüşəcəyi tarixi açıqlayıb

Paşinyan Azərbaycan və Rusiya liderləri ilə görüşəcəyi tarixi açıqlayıb Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan tərəfinin Moskvada Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyə razılaşdığını açıqlayıb.
Xarici siyasət
18 May , 2023 15:27
Paşinyan Azərbaycan və Rusiya liderləri ilə görüşəcəyi tarixi açıqlayıb
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan tərəfinin Moskvada Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyə razılaşdığını açıqlayıb.

“Report” “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə o, hökumətin iclasında bildirib.

Paşinyan müvafiq təklifin Rusiya tərəfdən edildiyini və Ermənistanın bunu qəbul etdiyini vurğulayıb.

“Görüşün mayın 25-də keçirilməsi planlaşdırılır”, - o söyləyib.

Mayın 19-da Moskvada xarici işlər nazirləri səviyyəsində üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi