Yuxarı

Parlament spikeri: Azərbaycan və Serbiya iqtisadi əməkdaşlığı möhkəmləndirmək niyyətindədir

Serbiya parlamenti sədrinin Azərbaycana birinci səfəridir

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan və Serbiya iqtisadi əməkdaşlığı möhkəmləndirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Bakıda səfərdə olan Serbiya parlamentinin spikeri Maya Qoykoviç bildirib. 

Onun sözlərinə görə, Serbiya parlamenti sədrinin Azərbaycana birinci səfəridir: "Bu tarixi səfərdir. Mən bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüm. Həmçinin azərbaycanlı həmkarımla da görüş baş tutub". 

O deyib ki, səfərin məqsədi ölkələr arasında ikitərəfli əməkdaşlığın inkişafıdır. 

Qeyd edək ki, səfər zamanı Serbiya parlamentinin spikeri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi