Parisdə Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib

Parisdə Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib Fransanın paytaxtı Parisdə Azərbaycanın dövlət bayramı 28 may - Respublika Günü münasibətilə Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında Daimi Nümayəndəliyi tərəfindən rəsmi qəbul təşkil edilib.
Xarici siyasət
29 May , 2019 02:33
Parisdə Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib
Foto: "Report"

Fransanın paytaxtı Parisdə Azərbaycanın dövlət bayramı 28 may - Respublika Günü münasibətilə Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında Daimi Nümayəndəliyi tərəfindən rəsmi qəbul təşkil edilib.

"Report"un Fransa bürosu xəbəb verir ki, tədbirdə yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, parlament üzvləri, ictimai-siyasi dairələrin və diplomatik korpusun nümayəndələri, şirkət rəhbərləri və bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Fransanın Dövlət himnləri səsləndirilib.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Respublika Gününün Fransada qeyd edilməsinin xüsusi əhəmiyyətə malik olduğunu bildirib. O, Azərbaycan Demokratik Cumhuriyyətinin qurucularının müstəqil Azərbaycan dövlətini Fransanın paytaxtı Parisdə tanıtdırdıqlarını vurğulayıb. Səfir qonaqlara Azərbaycandakı iqtisadi və digər sahələri əhatə edən islahatlar haqqında ətraflı məlumat verib. Səfir çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsinə toxunub və onun acı nəticələrindən, regionun sabitliyi üçün təhlükə olmasından bəhs edib.

Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov 28 May - Respublika Gününün xalqımız üçün əhəmiyyəti haqqında qonaqlara məlumat verib.

Tədbirdə dünya şöhrətli bəstəkarların əsərlərindən ibarət klassik musiqi səsləndirilib.

Son xəbərlər

Orphus sistemi