Parisdə Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə xatirə gecəsi keçirilib

Parisdə Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə xatirə gecəsi keçirilib Paris. 11 may. REPORT.AZ/ Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Azərbaycan Respublikasının Fransadakı səfirliyi və Fransa-Azərbaycan Dialoq Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanın Mədəniyyət Mərkəzində xatirə gecəsi keçirilib.
Xarici siyasət
11 May , 2018 02:57
Parisdə Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə xatirə gecəsi keçirilib

Paris. 11 may. REPORT.AZ/ Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə Azərbaycan Respublikasının Fransadakı səfirliyi və Fransa-Azərbaycan Dialoq Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanın Mədəniyyət Mərkəzində xatirə gecəsi keçirilib.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, tədbirdə fransalı tarixçilər, siyasi xadimlər, jurnalistlər, vəkillər, Azərbaycan diasporunun nümayəndələri və digər şəxslər iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb, respublikamızın beynəlxalq arenada siyasi, iqtisadi və mədəni sahələrdə qazandığı uğurlarda ulu öndərin böyük rolunu vurğulayıb. Səfir bildirib ki, Heydər Əliyev Azərbaycana sabitlik, iqtisadi yüksəliş, sosial rifah, demokratiya gətirib, dövlətin hərtərəfli tərəqqisi üçün addımlar atıb. Onun qətiyyəti və uzaqgörən siyasəti nəticəsində hazırda Azərbaycan regionun lider dövlətinə çevrilib.

Ümummilli liderlə şəxsən tanışlığı olan Fransanın tanınmış jurnalist və tarixçisi Aleksandr Adler çıxışında ulu öndərin bir rəhbər kimi bütün müsbət keyfiyyətləri özündə cəmləşdirən nadir şəxsiyyət olduğunu bildirərək, onun sarsılmaz iradəsindən, intellektual, mənəvi və fiziki cəsarətindən danışıb.

Tədbirdə ulu öndərin çox sevdiyi Səməd Vurğunun "Azərbaycan" şeiri fransız dilində səsləndirilib.

Xatirə gecəsi Vurğun Vəkilovun Azərbaycan və dünya bəstəkarlarının əsərlərinin fortepianoda ifası ilə davam edib.

Son xəbərlər

Orphus sistemi