Parisdə azərbaycanlı mühacirlərin həyatına həsr olunan kitab təqdim edilib

Parisdə azərbaycanlı mühacirlərin həyatına həsr olunan kitab təqdim edilib Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə 1920-1940-cı illərdə azərbaycanlı mühacirlərin həyat və fəaliyyətlərinə həsr olunmuş kitabın təqdimatı keçirilib.
Xarici siyasət
14 Aprel , 2022 08:00
Parisdə azərbaycanlı mühacirlərin həyatına həsr olunan kitab təqdim edilib

Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə 1920-1940-cı illərdə azərbaycanlı mühacirlərin həyat və fəaliyyətlərinə həsr olunmuş kitabın təqdimatı keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, “Məşəlin yanılı saxlanılması, 1920-40-cı illərdə azərbaycanlı mühacirlərin siyasi tarixi” adlı kitabın təqdimatında Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, fransalı professorlar, tarixşünaslar, jurnalistlər və digər şəxslər iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev qonaqlara 1920-40-cı illər azərbaycanlı mühacirlərin siyasi fəaliyyəti haqqında məlumat verib, onların Azərbaycan tarixi və ümumiyyətlə Cənubi Qafqazın müstəqilliyi uğrunda apardıqları mübarizədən danışıb.

Kitabın müəllifi, tarix elmləri doktoru, Fransa Sosial Elmlər üzrə Ali Məktəbinin Rus dünyası, Qafqaz və Avtopa ölkələri üzrə tədqiqat İnstitutunun professoru Georgi Mamuliya azərbaycanlı mühacirlərin o dövrün dövlət başçıları ilə qurduqları münasibətlərinə toxunub, Azərbaycanın və Gürcüstanın müstəqilliyinin de-fakto tanıdıldığını qonaqların diqqətinə çatdırıb, Azərbaycana olduqca yüksək qiymət verdiklərini bildirib.

Tədbirdə kitabın ikinci müəllifi Ramiz Abutalıbov haqqında qonaqlara ətraflı məlumat verilib. Bildirilib ki, azərbaycanlı tarixşünas, ictimai xadim, diplomat 2022-ci ildə vəfat edib. Onun 1920-ci ildə Azərbaycanın işğalından sonra sürgün həyatı yaşamağa məhkum olmuş azərbaycanlı ictimai xadimlərin həyat və fəaliyyətinin öyrənilməsinə verdiyi töhfədən danışılıb.

Tədbirin rəsmi hissəsi konsert proqramı ilə müşayiət olunub. Fleytada Ağarahim Quliyev, pianoda Mosaki Baba, klarnet və zərb alətlərində Səddam Dağlı, nağarada Haydar Barın Azərbaycan musiqilərini ifa ediblər.

Son xəbərlər

Orphus sistemi