Paraqvayda "Təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti" nominasiyasının sertifikatı Azərbaycana təqdim olunub

Paraqvayda "Təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti" nominasiyasının sertifikatı Azərbaycana təqdim olunub UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş "Təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti" nominasiyasının sertifikatı xüsusi mərasimdə rəsmi şəkildə ölkəmizə təqdim olunub.
Xarici siyasət
5 Dekabr , 2024 23:00
Paraqvayda Təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti nominasiyasının sertifikatı Azərbaycana təqdim olunub

UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş "Təndir sənətkarlığı və çörək bişirmə mədəniyyəti" nominasiyasının sertifikatı xüsusi mərasimdə rəsmi şəkildə Azərbaycana təqdim olunub.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO-dakı Milli Komissiyası "X" səhifəsində məlumat yayıb.

Təqdimetmə Paraqvayın Asunsion şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 19-cu sessiyası çərçivəsində baş tutub.

Bu nailiyyət Azərbaycan xalqının əsrlər boyu qoruyub saxladığı ənənələrin beynəlxalq səviyyədə qəbulunun və mədəni irsimizin geniş şəkildə tanıdılmasının növbəti təzahürüdür.

Son xəbərlər

Orphus sistemi