Yuxarı
    Bağlamaq

    Pakistanın baş naziri ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

    Məhəmməd Nəvaz Şərifə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib

    Bakı. 15 oktyabr. REPORT.AZ/ Pakistanın baş naziri Məhəmməd Nəvaz Şərif oktyabrın 15-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

    "Report" xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

    Tanınmış dövlət xadimi və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim-alim Tamerlan Əliyevin məzarları üstünə də gül dəstələri qoyulub.

    Pakistan baş naziri daha sonra Şəhidlər xiyabanını ziyarət edib.

    Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

    Baş nazir Məhəmməd Nəvaz Şərif Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

    Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Pakistanın və Azərbaycanın dövlət himnləri səslənib.

    Azərbaycan paytaxtının mənzərəsini seyr edən baş nazirə Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi