Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin rəsmi qarşılanma mərasimi olub
Xarici siyasət
- 24 fevral, 2025
- 10:20
Azərbaycana dövlət səfərinə gələn Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də rəsmi qarşılanma mərasimi olub.
"Report" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə Fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Pakistanın Baş nazirinə raport verib.
Pakistan və Azərbaycanın dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin qarşısından keçib.
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif rəsmi foto çəkdiriblər.
Son xəbərlər
04:50
Qəzza ilə bağlı "Sülh Şurası"nın tərkibi 2026-cı ildə açıqlanacaq
Region04:20
ABŞ Konqresinin aşağı palatası 901 milyard dollarlıq hərbi büdcəni təsdiqləyib
Digər ölkələr03:45
Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi qadağan edilə bilər
Digər ölkələr03:08
ABŞ Baş Prokuroru: Ələ keçirilən tanker Venesuela və İrandan neft daşıyıb
Digər ölkələr02:49
Almaniya yaxın günlərdə Polşadan "Patriot"larını çıxaracaq
Digər ölkələr02:17
Axios: Ukrayna son sülh planı layihəsinə cavabını ABŞ-yə təqdim edib
Digər ölkələr01:56
UEFA Çempionlar Liqası: "Real" evdə "Mançester Siti"yə uduzub
Futbol01:41
ABŞ Venesuela sahillərində tanker saxlayıb
Digər ölkələr01:26