Yuxarı
    Bağlamaq

    Pakistanın Azərbaycandakı səfirliyi Ramazan ayının başa çatması ilə əlaqədar qəbul təşkil edib

    X.U. Qayser hər kəsi müqəddəs ayın bitməsi münasibətilə təbrik edib, uğurlar və firavanlıq arzulayıb

    Bakı. 18 iyul. REPORT.AZ/ Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser müqəddəs Ramazan ayının başa çatması ilə əlaqədar qəbul təşkil edib.

    "Report"un verdiyi məlumata görə, səfirin iqamətgahında təşkil olunan qəbulda səfirliyin nümayəndələri, Azərbaycandakı Pakistan icmasının üzvləri, müxtəlif ali təhsil müəssisələrinin tələbələri, mətbuat nümayəndələri iştirak edib.

    Qəbul zamanı X.U. Qayser hər kəsi müqəddəs ayın bitməsi münasibətilə təbrik edib, uğurlar və firavanlıq arzulayıb.

    Qonaqlar Pakistan nemətlərini dadmaq imkanı əldə ediblər. Sonda xatirə şəkili çəkdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi