Vüqar Mustafayev Pakistan səfiri ilə ölkələr arasında inkişaf edən əlaqələrdən danışıb
- 11 sentyabr, 2024
- 15:38
Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddini qəbul edib.
"Report" xəbər verir ki, bu barədə səfir "X" hesabında yazıb.
"Azərbaycanın müdafiə sənayesi nazir Vüqar Mustafayev ilə müzakirəmiz zamanı qardaş ölkələr arasındakı inkişaf edən əlaqələri bir daha təsdiqlədik", - diplomat qeyd edib.
Pakistanın Azərbaycandakı səfirliyinin "X" hesabında isə tərəflərin iki ölkə arasındakı əməkdaşlığı daha da gücləndirmək mövqeyini təsdiqlədikləri vurğulanıb.
Had the honor and pleasure of meeting H.E. Vugar Mustafayev, Minister of Defense Industry. Our discussion reaffirmed the brotherly bilateral relationship flourishing under the dynamic leadership of Pakistan and Azerbaijan.@ForeignOfficePk
— Qasim Mohiuddin (@QasimMFA) September 11, 2024
https://t.co/kank313UX8 pic.twitter.com/hyX5FrtQoH