Yuxarı

Pakistanda Novruz bayramı qeyd edilib

Tədbirdə Pakistanın tanınmış qadın siyasətçiləri və ictimai xadimləri iştirak edib

Bakı. 19 mart. REPORT.AZ/ Azərbaycanın Pakistandakı səfirliyində Novruz bayramı münasibətilə tədbir keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, tədbirdə Pakistanın qadınların işlə təmin olunması, sosial inkişaf üzrə naziri, xanım Rubina Kaumxani, Senatın və Milli Assambleyanın xanım üzvləri, Pakistanın ictimai-siyasi həyatında fəal rol oynayan nüfuzlu xanım siyasətçilər, qadın təşkilatlarının sədrləri iştirak ediblər.

Tədbirdə ölkədə Novruz bayramı zamanı bişirilən müxtəlif yeməklər və şirniyyat növləri qonaqlara təqdim edilib, onlara Novruz bayramının Azərbaycan xalqının həmrəyliyində, ictimai həyatında və məişətində oynadığı rol haqqında məlumat verilib.

Qonaqlara həmçinin Azərbaycan həqiqətlərini, mədəniyyət və tarixini, erməni təcavüzünü, habelə həyatın müxtəlif sahələrində ölkəmizin əldə etdiyi inkişafı əks etdirən müxtəlif kitab, jurnal və videomateriallar hədiyyə olunub.

Tədbirə qatılanlar Azərbaycanda Novruzun hərarətlə qeyd edilməsindən, bayramın Azərbaycan xalqının, bütövlükdə isə bölgə xalqlarının həyatında birləşdirici rolundan bəhs ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi