Pakistanda "Heydər Əliyev və Məhəmməd Əli Cinnah" mövzusunda seminar keçirilib

Pakistanda "Heydər Əliyev və Məhəmməd Əli Cinnah" mövzusunda seminar keçirilib Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin və Pakistanın COMSATS İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə İslamabadda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş Uzaqgörən liderlərin gənclərin inkişafında rolu: Heydər Əliyev və Məhəmməd Əli Cinnah mövzusunda seminar keçirilib.
Xarici siyasət
11 Dekabr , 2017 08:18
Pakistanda Heydər Əliyev və Məhəmməd Əli Cinnah mövzusunda seminar keçirilib

Bakı. 11 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Pakistandakı Səfirliyinin və Pakistanın COMSATS İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə İslamabadda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş "Uzaqgörən liderlərin gənclərin inkişafında rolu: Heydər Əliyev və Məhəmməd Əli Cinnah" mövzusunda seminar keçirilib.

Azərbaycan Respublikasının Pakistandakı Səfirliyindən "Report"a verilən məlumata görə, Pakistanda akkreditə olunmuş bir sıra ölkələrin səfirlərinin, diplomatların, bu ölkənin bir sıra universitetlərinin tələbə və müəllim heyətinin, kütləvi informasiya vasitələri nümayəndələrinin və ziyalıların iştirakı ilə keçirilən seminarda ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və onun ruhuna Qurani-Kərimdən ayələr oxunub.

Seminarı açıq elan edən COMSATS İnformasiya Texnologiyaları İnstitutunun Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, professor Ərşad Malik bir-birinə yaxın, dost ölkələr olan Azərbaycanla Pakistanın siyasi liderləri - Heydər Əliyev və Məhəmməd Əli Cinnahın həyat və fəaliyyətlərində mühüm bənzərliklərin olduğunu, bu liderlərin fədakarlıq göstərərək xalqlarının çətin anında meydana atılmaqla siyasətə yön verdiklərini bildirib.

Kayde Əzəm Universitetinin professoru, elmlər doktoru Riaz Əhməd Heydər Əliyev və Məhəmməd Əli Cinnahın həyat və fəaliyyəti, onların malik olduğu liderlik keyfiyyətləri, tətbiq etdikləri doğru və ardıcıl strategiyalar sayəsində Azərbaycan və Pakistan xalqlarının müstəqil dövlətə yiyələndiyini bildirib. O, Heydər Əliyev və Cinnahın qətiyyətlilik, uzaqgörənlik, çeviklik kimi keyfiyyətlərlə və müxtəlif ideyalara açıq olmaq və milli dəyərləri qorumaqla müasirliyə inteqrasiyanı həyata keçirmək xətti yeritməklə, öz ölkələrini irəli apara bildiyini diqqətə çatdırıb.

COMSATS İnformasiya Texnologiyaları İnstitutunun rektoru Rahil Qəmər böyük liderlərin ölkələrinin siyasi tarixinin və gəncliyinin formalaşdırılmasındakı roluna toxunub, liderlərin formalaşdırlmasında cəmiyyətin və liderin şəxsi keyfiyyətlərinin rolunun daim müzakirə predmeti olduğunu bildirib.

Azərbaycan Respublikasının Pakistandakı Səfiri Əli Əlizadə çıxışında Azərbaycanın dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi ümummilli lider Heydər Əliyevin xüsusi gənclər siyasətini də müəyyənləşdirdiyini, gənclərlə mütəmadi görüşərək onları vətənpərvər, müasir kadrlar kimi yetişərək cəmiyyətin idarəçiliyinə töhfə verməyə təşviq etdiyini, gəncliyi daim dəstəklədiyini nəzərə çatdırıb. Səfir bu siyasətin hazırda da uğurla davam etdiyini və Azərbaycan gənclərinin ölkəmizi yüksək beynəlxalq kürsülərdə təmsil etdiyini bildirib. 

Çıxışlardan sonra Pakistan və Azərbaycan məzunları, gəncləri arasında, elmi, mədəni, humanitar və sosial sahələrdə əlaqələrin daha da artırılması istiqamətində fəaliyyət göstərəcək, müəyyən birgə layihələrin və tədbirlərin həyata keçirilməsi ilə hər iki ölkənin vətəndaşları, xüsusən gəncləri arasında əlaqələrin artırılmasına xidmət edəcək Pakistan - Azərbaycan Məzunlar Assosiasiyasının təsis edildiyi elan olunub və assosiasiyanın loqosu təqdim edilib.

Son xəbərlər

Orphus sistemi