Yuxarı

Pakistan prezidenti martın sonlarında Azərbaycana səfər edəcək

Səfərlə bağlı hazırlıq işləri aparılır

Bakı. 14 yanvar. REPORT.AZ/ Pakistan prezidenti Məmnun Hüseyn martın sonlarında Azərbaycana səfər edəcək. Bu barədə "Report" diplomatik mənbəyə istinadən xəbər verir. 

Hazırda səfərin təşkili ilə bağlı işlər aparılır.

Xatırladaq ki, bir müddət əvvəl Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser Pakistan prezidentinin səfərinin bu ilin birinci yarısında planlaşdırıldığını bildirib.

Pakistan prezidenti Məmnun Hüseynə Azərbaycan-Pakistan Parlamentlərarası Dostluq Qrupunun üzvü, deputat Qənirə Paşayeva ilə görüş zamanı Azərbaycana rəsmi səfərə dəvət məktubu verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi