Pakistanın Baş naziri Azərbaycan Prezidentini təbrik edib

Pakistanın Baş naziri Azərbaycan Prezidentini təbrik edib Pakistan İslam Respublikasının Baş naziri İmran Xan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
27 May , 2021 19:53
Pakistanın Baş naziri Azərbaycan Prezidentini təbrik edib
İmran Xan və İlham Əliyev
0 : 00
0 : 00

Pakistan İslam Respublikasının Baş naziri İmran Xan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, mətndə deyilir:

"Zati-aliləri.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.

Pakistan Azərbaycanla olan strateji əlaqələri yüksək qiymətləndirir. Mükəmməl ikitərəfli münasibətlərimiz Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra daha da möhkəmlənib. Pakistan çətin anlarda daim qardaş Azərbaycanın yanında olub.

Əminəm ki, yaxın günlərdə ikitərəfli əməkdaşlığımız xalqlarımızın rifahı naminə bir çox sahədə daha da dərinləşəcək. Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulmasında iştirak etməyə hazırıq.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavanlıq və davamlı inkişaf arzu edirəm.

Zati-aliləri, mənim dərin hörmətimi və xoş arzularımı qəbul edin".

Son xəbərlər

Orphus sistemi