PA rəsmisi: "İrəvanda baş verənlərin onda biri Bakıda olsaydı, bizim "qayğımızı çəkənlər" bir ay susmazdılar"

PA rəsmisi: "İrəvanda baş verənlərin onda biri Bakıda olsaydı, bizim "qayğımızı çəkənlər" bir ay susmazdılar" Novruz Məmmədov: "Bu, ikili standartın göstəricisidir. Çünki Ermənistan müsəlman ölkəsi deyil"
Xarici siyasət
25 İyun , 2015 09:53
PA rəsmisi: İrəvanda baş verənlərin onda biri Bakıda olsaydı, bizim qayğımızı çəkənlər bir ay susmazdılar

Bakı. 25 iyun. REPORT.AZ/ "İrəvanda baş verənlərin onda biri Bakıda olsaydı, bizim "qayğımızı çəkənlər” bir ay susmazdılar".

"Report"un məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "Tvitter" səhifəsində yazıb.

İrəvanda elektrik enerjisi qiymətinin bahalaşmasına qarşı keçirilən aksiyanı və buna beynəlxalq təşkilatların münasibət bildirməməsini şərh edən N.Məmmədovun fikrincə, bütün bunlar ikili standartlardan xəbər verir:  "Amma indi "CNN", "BBC", "Guardian", "Independent", "Amnesty International", "HRW", "Freedom House" və digərləri görün necə susurlar. Bu, ikili standartın göstəricisidir. Çünki Ermənistan müsəlman ölkəsi deyil".

Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilir. Müxtəlif şəhər və rayonlarda minlərlə insan küçələrə çıxaraq hökumətin qərarına etirazını bildirir. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zor tədbiq etməklə dağıdıb və 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsilə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi