Yuxarı

PA rəhbərinin müavini: “Azərbaycanla bağlı dərhal mövqe bildirməklə Yaqland haralarasa “sədaqəti"nin sonsuz olduğunu göstərir”

“Özünü insan haqlarının “cangüdəni” hesab edən Yaqland çox “usta diplomat”dır”

Bakı. 8 oktyabr. REPORT.AZ/ “Özünü insan haqlarının “cangüdəni” hesab edən Yaqland çox “usta diplomat”dır. Neçə illərdir Avropada bütün hüquqları pozulan miqrant-qaçqınlarla bağlı cəmi bir neçə dəfə mövqe bildirməyə cürəti çatıb. Amma Komitənin rəhbəri olan kimi təzəcə seçilmiş Prezidentə Nobel mükafatının təşəbbüskarı olmaq fürsətini əldən verməyib. Görünür, nəticəsiz qalmayıb – AŞ-nın baş katibi olub”. “Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “twitter”də yazıb.

“Azərbaycanla bağlı dərhal mövqe bildirməklə Yaqland, şübhəsiz, haralarasa “sədaqəti"nin sonsuz olduğunu göstərir”, - N.Məmmədov vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi