Yuxarı

PA-nın şöbə müdiri: “Azərbaycan etibarli əllərdədir”

“Vətənini sevən hər bir azərbaycanlı tarixi nailiyyətlərimiz ilə fəxr edir!”

Bakı. 15 iyun. REPORT.AZ/ “15 iyun Azərbaycanın dövlətçilik tarixində ən mühüm günlərdən biridir”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “twitter” səhifəsində yazıb.

Şöbə müdiri qeyd edib ki, təməl prinsiplərini Heydər Əliyevin qoyduğu müstəqil Azərbaycan etibarli əllərdədir: “Ümummilli lider Heydər Əliyevin bəyan etdiyi kimi Azərbaycanın müstəqilliyi əbədidir. Əminəm ki, vətənini sevən hər bir azərbaycanlı tarixi nailiyyətlərimiz ilə fəxr edir!”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi