Özbəkistan prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Özbəkistan prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib Dünya ölkə liderlərinin 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyev təbrik məktubları gəlməkdə davam edir
Xarici siyasət
26 May , 2016 20:12
Özbəkistan prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Bakı. 26 may. REPORT.AZ/ Özbəkistan Respublikasının prezidenti İslam Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Sizin rəhbərliyinizlə həyata keçirilən, Azərbaycanın geniş potensialından istifadə olunmasına, xalqın rifahının yüksəldilməsinə və ölkənizin nüfuzunun beynəlxalq aləmdə möhkəmlənməsinə yönəlmiş islahatlar və dəyişikliklər siyasətini Özbəkistanda böyük diqqətlə izləyirlər.

Əminəm ki, Özbəkistan ilə Azərbaycan arasında möhkəm və sarsılmaz qarşılıqlı anlaşma, etimad və hörmət prinsiplərinə əsaslanan ənənəvi dostluq münasibətləri ölkələrimizin və xalqlarımızın mənafeyi və rifahı naminə bundan sonra da durmadan inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, bütün işlərinizdə uğurlar arzulayır, qardaş Azərbaycan xalqına sülh və daha yüksək firavanlıq diləyirəm.

Bundan başqa, Mərakeş kralı VI Mohammed, Moldova prezidenti Nikolaye Timofti, Fələstin prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas, Finlandiya prezidenti Sauli Niinistö, İordaniya kralı II Abdullah, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, Qətərin baş naziri və daxili işlər naziri Abdullah bin Nasser bin Xəlifə Al Tani, Qətər əmirinin müavini Abdullah bin Həməd Al Tani və Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 28 May - Respublika Günü münasibətilə təbrik ediblər. 

Son xəbərlər

Orphus sistemi