Örl Litzenberger: "Əfqanıstandakı missiya ilə bağlı göstərilən dəstəyə görə Azərbaycana minnətdarıq"

Örl Litzenberger: "Əfqanıstandakı missiya ilə bağlı göstərilən dəstəyə görə Azərbaycana minnətdarıq" Birləşmiş Ştatlar Əfqanıstandakı missiya ilə bağlı göstərilən dəstəyə görə Azərbaycana minnətdardır.
Xarici siyasət
22 Noyabr , 2021 15:36
Örl Litzenberger: Əfqanıstandakı missiya ilə bağlı göstərilən dəstəyə görə Azərbaycana minnətdarıq
Örl Litzenberger

"Birləşmiş Ştatlar Əfqanıstandakı missiya ilə bağlı göstərilən dəstəyə görə Azərbaycana minnətdardır".

“Report” xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger bildirib.

Səfir iki ölkə arasında təhlükəsizliklə bağlı uzun müddətdir səmərəli əməkdaşlığın bərqərar olduğunu qeyd edib.

“Əfqanıstanda əvvəldən axıradək göstərilən dəstəyə görə Azərbaycana sonsuz təşəkkür edirəm. Ölkəniz Əfqanıstanı ən axırda tərk edib, hava limanında da kömək edib” – deyə diplomat vurğulayıb.

Xatırladaq ki, Kabil Beynəlxalq Hava Limanında fəaliyyət göstərən Azərbaycanın 120 nəfərlik sülhməramlı missiyası bu ilin 26 avqust tarixində vətənə qayıdıb.

Son xəbərlər

Orphus sistemi