Oreqon ştatının dövlət katibi: "Azərbaycan ABŞ-ın mühüm müttəfiqidir"

Oreqon ştatının dövlət katibi: "Azərbaycan ABŞ-ın mühüm müttəfiqidir" Baş konsul Nəsimi Ağayev Oreqonda bir sıra görüşlər keçirib
Xarici siyasət
25 Fevral , 2016 10:41
Oreqon ştatının dövlət katibi: Azərbaycan ABŞ-ın mühüm müttəfiqidir

Bakı. 25 fevral. REPORT.AZ/ Oreqon ştatına səfər edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev orada ştatın dövlət katibi Cin Atkinslə görüşüb.

"Report" xəbər verir ki, görüş zamanı N.Ağayev qarşı tərəfə Azərbaycan, onun inkişafı haqqında məlumat verib, tərəflər Azərbaycan və Oreqon ştatı arasında əməkdaşlığın inkişafı perspektivlərini müzakirə edib.

Öz növbəsində C.Atkins qeyd edib ki, Azərbaycan ABŞ-dan da bir il tez olmaqla qadınlara səs hüququ verən müsəlman dünyasının ilk ölkəsi olub.

Ştatın xanım rəhbəri dünyanın bu mühüm regionunda Azərbaycanın ABŞ-ın mühüm müttəfiqi olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi