​Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib

​Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib Milli Məclisin nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri davam edir
Xarici siyasət
16 Aprel , 2015 19:18
​Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib

Bakı. 16 aprel. REPORT.AZ/ Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının növbəti iclasında və 1941-1945-ci illər müharibəsində qələbənin 70 illiyinə həsr olunan tədbirlərdə iştirak etmək üçün Sankt-Peterburqda səfərdədir.

Milli Məclisin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aprelin 16-da sədr Oqtay Əsədov MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında iştirak edib. İclasda təşkilatın növbəti plenar iclasında baxılacaq məsələlər müzakirə olunub.

Qurumun iclasında MDB PA Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Oqtay Əsədovu Rusiya Prezidenti Vladimir Putin tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə bir daha təbrik edərək, təntənəli şəkildə ordeni Milli Məclisin sədrinə təqdim edib. Valentina Matviyenko sədr Oqtay Əsədova xalqlarımızın rifahı naminə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfər çərçivəsində Milli Məclisin sədri MDB PA Şurasının və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko və Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə görüşüb.

Görüşlərdə parlamentlərarası əlaqələrin bu günü və inkişaf perspektivləri, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün Oqtay Əsədov Qazaxıstan Parlament Məclisinin sədri Həbibulla Jakubov ilə görüşüb.

Görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da dərinləşməsi, deputatlarımızın müxtəlif beynəlxalq qurumlarda səmərəli fəaliyyəti, parlamentlərarası əlaqələrin daha da dərinləşməsi barədə söhbətlər aparılıb.

Milli Məclisin nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri davam edir.

Son xəbərlər

Orphus sistemi