Oqtay Əsədov Çin Kommunist Partiyasının Mərkəzi Partiya Məktəbində olub

Oqtay Əsədov Çin Kommunist Partiyasının Mərkəzi Partiya Məktəbində olub Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Məclisinin sədri Li Canşunun dəvəti ilə Çin Xalq Respublikasında rəsmi səfərdədir.
Xarici siyasət
20 İyun , 2018 16:20
Oqtay Əsədov Çin Kommunist Partiyasının Mərkəzi Partiya Məktəbində olub
0 : 00
0 : 00

Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti Ümumçin Xalq Nümayəndələri Məclisinin sədri Li Canşunun dəvəti ilə Çin Xalq Respublikasında rəsmi səfərdədir.

Milli Məclisdən "Report"a verilən məlumata görə, nümayəndə heyəti iyunun 20-də Çin Kommunist Partiyasının Mərkəzi Partiya Məktəbində olub.

Nümayəndə heyəti əvvəlcə partiyanın muzeyi ilə tanış olub. Muzeylə tanışlıq zamanı bildirilib ki, burada partiyanın tarixinə, onun ölkənin siyasi həyatındakı roluna dair eksponatlar saxlanılır. Milli Məclis sədrinin partiyanın rəhbərliyi ilə görüşündə iki ölkənin tarixən formalaşmış əlaqələrindən, müasir dövrdə müxtəlif sahələrdə, o cümlədən iqtidar partiyaları arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Si Cinpinin siyasi iradəsi ilə ikitərəfli əlaqələrimiz qarşılıqlı faydalı şəkildə inkişaf edir.

Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində Pekindəki İmperator Sarayı və muzeyi ilə də tanış olub. Bildirilib ki, 1420-1912-ci illərdə Çin imperatorlarının iqamətgahı kimi fəaliyyət göstərmiş bu tarixi abidə dünyada ən böyük saray kompleksi hesab olunur. Ənənəvi Çin memarlığı üslubunda inşa olunan, 990-a yaxın tikilidən ibarət olan saray kompleksi UNESCO-nun Bəşəriyyətin Maddi İrs Siyahısına daxil edilib.

Azərbaycan parlamentinin nümayəndə heyəti İmperator sarayını gəzib, kompleksin müxtəlif hissələri ilə tanış olub.

Son xəbərlər

Orphus sistemi