Oqtay Əsədov: “Azərbaycanla Braziliyanın güləş və futbolda təcrübə mübadiləsi hər iki tərəf üçün əhəmiyyətli olar”

Oqtay Əsədov: “Azərbaycanla Braziliyanın güləş və futbolda təcrübə mübadiləsi hər iki tərəf üçün əhəmiyyətli olar” MM Sədri Azərbaycanda səfərdə olan Braziliyanın idman naziri Aldo Rebelonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Xarici siyasət
6 Noyabr , 2014 17:35

Bakı. 6 noyabr. REPORT.AZ/ Noyabrın 6-da Milli Məclisin (MM) Sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Braziliyanın idman naziri Aldo Rebelonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Report” MM-ə istinadən xəbəbr verir ki, O.Əsədov dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu vurğulayaraq, Braziliya Parlamentinin hər iki palatasında Azərbaycanla dostluq qruplarının yaradılmasını təqdirəlayiq hesab edib. O qeyd edib ki, Azərbaycan Parlamentində də belə bir qrup fəaliyyət göstərir: “Deputatlarımızın qarşılıqlı səfərləri, nüfuzlu beynəlxalq qurumlarda mütəmadi görüşləri ümumi məqsədlərə xidmət edir”.

MM Sədri Azərbaycanla Braziliya arasında idman sahəsində əməkdaşlıqla bağlı imzalanmış fəaliyyət planını yüksək dəyərləndirib. O deyib ki, futbol üzrə Azərbaycanın braziliyalı mütəxəssislərlə, güləş üzrə isə Azərbaycan ustalarının Braziliya idmançıları ilə təcrübə mübadiləsi hər iki tərəf üçün əhəmiyyətli olardı.

Aldo Rebelo bildirib ki, Cənubi Qafqazın bu bölgəsində idmanın inkişafı üçün görülən işlər Braziliyanın da diqqətini cəlb edib və bu sahədə təcrübə mübadiləsi üçün yaxşı zəmin yaranıb. Qonaq 2015-ci ildə birinci Avropa Oyunlarının və 2016-cı ildə Dünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsini ölkənin idman sahəsindəki nailiyyəti kimi dəyərləndirib.

Qəbulda Azərbaycanın sürətli inkişafı, ölkənin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, həyatın müxtəlif sahələrində, o cümlədən idmanda əməkdaşlığın gələcək inkişaf perspektivləri barədə fikir mübadilədi aparılıb.

Son xəbərlər

Orphus sistemi