Bakı. 15 aprel. REPORT.AZ/
O bildirib ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Arif Rəhimzadə, Rasim Musabəyov, Rüfət Quliyev, Hacı Salayev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev daxildir. Səfər çərçivəsində O.Əsədov MDB PA Şura iclasına qatılacaq.
Şurada təşkilatın 42-ci plenar sessiyasının gündəliyinə daxil olan məsələlər müzakirə olunacaq, Parlementlərarası Assambleyanın ötənilki fəaliyyətinin nəticələri dinləniləcək. Qurumun plenar iclasında İkinci Dünya müharibəsi zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi, vətənpərvərlik ruhunda tərbiyə, sərhəd təhlükəsizliyi, auditor fəaliyyəti haqqında model qanun layihələrinə və digər məsələlərə baxılacaq. Nümayəndə heyəti qurumun Sosial və insan hüquqları, Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq, Hüquqi məsələlər, Elm, təhsil üzrə daimi komitələrin iclaslarında müzakirə olunan məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcək. Milli Məclis sədrinin digər ölkədən gələn nümayəndə heyəti rəhbərləri ilə görüşləri də nəzərdə tutulub. Səfər aprelin 17-də başa çatacaq.