Ombudsman əməkdaşları Türkiyə hüquq müdafiəçiləri ilə Qaradağda başçəkmə həyata keçiriblər

Ombudsman əməkdaşları Türkiyə hüquq müdafiəçiləri ilə Qaradağda başçəkmə həyata keçiriblər Ombudsman əməkdaşları Azərbaycanda səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) nümayəndə heyəti ilə birgə Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində başçəkmə həyata keçirib.
Xarici siyasət
1 May , 2024 11:37
Ombudsman əməkdaşları Türkiyə hüquq müdafiəçiləri ilə Qaradağda başçəkmə həyata keçiriblər

Ombudsman Aparatının əməkdaşları Azərbaycanda səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) nümayəndə heyəti ilə birgə Daxili İşlər Nazirliyinin Qaradağ Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində başçəkmə həyata keçiriblər.

Bu barədə "Report"a Ombudsman Aparatından məlumat verilib.

Bildirilib ki, başçəkmə zamanı əvvəlcə müəssisə rəhbərliyi ilə görüş keçirilib, ölkə təcrübəsi və müəssisə barədə məlumat verilib.

Daha sonra müəssisənin kameralarına, tibb otağına, gəzinti yerinə, mətbəxinə və digər yerlərə baxış keçirilib.

Müəssisədə saxlanılan şəxslər konfidensial qaydada qəbul edilib, müraciətləri dinlənilib, sənədləşmə araşdırılıb.

Son xəbərlər

Orphus sistemi