Ombudsman: Azərbaycanın getdikcə artan beynəlxalq əhəmiyyəti onu müxtəlif ölkələr üçün cəlbedici ünvana çevirir

Ombudsman: Azərbaycanın getdikcə artan beynəlxalq əhəmiyyəti onu müxtəlif ölkələr üçün cəlbedici ünvana çevirir Bu gün dünyada qloballaşma və onun təzahürü kimi kütləvi insan yerdəyişmələri prosesinin müxtəlif səbəbləri var. Silahlı münaqişələr, müharibələr, siyasi və iqtisadi böhranlar, təbii fəlakətlər, ərzaq və içməli su çatışmazlığı, keyfiyyətsiz tibbi və sosia
Xarici siyasət
29 Avqust , 2024 10:30
Ombudsman: Azərbaycanın getdikcə artan beynəlxalq əhəmiyyəti onu müxtəlif ölkələr üçün cəlbedici ünvana çevirir

Bu gün dünyada qloballaşma və onun təzahürü kimi kütləvi insan yerdəyişmələri prosesinin müxtəlif səbəbləri var. Silahlı münaqişələr, müharibələr, siyasi və iqtisadi böhranlar, təbii fəlakətlər, ərzaq və içməli su çatışmazlığı, keyfiyyətsiz tibbi və sosial xidmətlər mütəxəssislər tərəfindən məcburi yerdəyişmənin əsas səbəbləri kimi göstərilir.

"Report" xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva "Şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi” mövzusunda seminarda deyib.

O qeyd edib ki, son illər miqrasiya axınlarının intensivləşməsi, coğrafi xəritəsinin genişlənməsi ölkələrin demoqrafik və iqtisadi vəziyyətinə öz müsbət təsirini göstərməklə yanaşı, bu proses iştirakçılarının sosial adaptasiyası, yerli əhali və dövlət orqanları ilə münasibətlərin formalaşması fonunda insan hüquqlarının təmini məsələlərinə də təsirsiz ötüşmür:

"Azərbaycanın da getdikcə artan iqtisadiyyatı, beynəlxalq əhəmiyyəti, əlverişli coğrafiyası onu müxtəlif ölkələrin nümayəndələri üçün cəlbedici ünvana çevirməkdədir. Bu inkişaf tendensiyaları fonunda ölkəmizdə insan hüquqlarının müdafiəsi prinsipinin səmərəli tətbiqi davam etdirilməkdədir. Milli insan hüquqları təsisatı olaraq əhalinin müxtəlif kateqoriyalarından olan şəxslərin hüquqlarının müdafiəsi, səmərəli həyata keçirilməsi və təşviqi üzrə geniş tədbirlər həyata keçirilməkdədir. Hesab edirik ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin maraqlarının qorunması, müvafiq qanunvericiliyin və bu sahədə hüquq-müdafiə mexanizminin təkmilləşdirilməsi, institusional potensialların artırılması sahəsində həyata keçirilən fəaliyyət sırasında geniş maarifləndirmə işinin əhəmiyyəti xüsusilə qeyd edilməlidir. Bu baxımdan, bugünkü tədbirə də məhz qeyd edilən aspektdən yanaşmaq lazımdır".

Ombudsman vurğulayıb ki, beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyətin tərkib hissəsi kimi ixtisaslaşmış beynəlxalq təşkilatlardan olan Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq təşkilatlarla tərəfdaşlıqda mütəmadi görüşlər, məsləhətləşmələr, layihələr həyata keçirilir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi istiqamətində qabaqcıl təcrübədən istifadə edildiyini vurğulayan Səbinə Əliyeva deyib ki, yerli və beynəlxalq qurumlarla, vətəndaş cəmiyyəti ilə tərəfdaşlıq çərçivəsində tədbirlər həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi