Yuxarı

Ombudsman Aparatının rəhbəri: "Azərbaycanda internetdə insan hüquqlarının həyata keçirilməsi üçün hər cür şərait yaradılıb"

Bakıda İnternet və insan hüquqları mövzusunda konfrans keçirilir

Bakı. 1 mart. REPORT.AZ/ "Bu gün internet insanların öz fikirlərini ifadə edə bildiyi, informasiya almaq azadlığını həyata keçirdiyi azad məkandır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı Azərbaycanda ifadə və media azadlığı layihəsi çərçivəsində təşkil edilən "İnternet və insan hüquqları" konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda internetdə insan hüquqlarının həyata keçirilməsi üçün hər cür şərait yaradılıb. Bundan əlavə, o, ölkədə "Elektron hökumət" portalının yaradıldığını və bunun sayəsində vətəndaşların asanlıqla dövlət orqanlarına müraciət edə bildiyini vurğulayıb. A.Səfixanlı qeyd edib ki, ombudsmanın veb-səhifəsi də modifikasiya edilib və indi vətəndaşlar sadələşdirilmiş formada, "Elektron hökumət" vasitəsiylə öz müraciətlərini yaza bilir.

Azərbaycan Ombudsman Aparatının rəhbəri, həmçinin bildirib ki, bəzən bəzi hüquqları həyata keçirəndə digər hüquqlar, məsələn, şəxsi toxunulmazlıq hüququ pozulur: 

"Narahatlıq doğuran başqa bir məqam internet məkanında uşaqların hüquqlarına riayət etməkdir. İnternet istifadəçilərinin bir çoxu 15 yaşa qədər olan yeniyetmələrdir. Ancaq ölkədə provayderlərin uşaqlara zərər vura biləcək, onları suiqəsd vəziyyətinə gətirə biləcək informasiyaları bloklaması sevindiricidir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi