O’Brayn: "Blinken Bayramov və Mirzoyanı tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir"
O’Brayn: "Blinken Bayramov və Mirzoyanı tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir"ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn ABŞ dövlət katibi Antoni Blinkenin sülh danışıqları üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərini tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözlədiyini açıqlayıb.
ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn dövlət katibi Antoni Blinkenin sülh danışıqları üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərini tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözlədiyini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
"Dövlət katibi Antoni Blinken sülh danışıqları üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərini tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir", - C.O’Brayn yazıb.
O bildirib ki, Bakıda müsbət və konstruktiv görüşlər oldu.
"Prezident İlham Əliyevə dediyim kimi, ABŞ Mərkəzi Bankın sədrinin və energetika nazirinin səfərlərini alqışlayır və katib Blinken sülh danışıqları üçün xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı tezliklə Vaşinqtonda qəbul etməyi səbirsizliklə gözləyir", - o qeyd edib.
Had positive and constructive meetings in Baku. As I told President Aliyev, the U.S. welcomes visits by the Central Bank Governor and Energy Minister, and Secretary Blinken looks forward to hosting foreign ministers Bayramov and Mirzoyan in Washington soon for peace negotiations.