Yuxarı

​Nyu-Yorkda BMT Baş Assambleyasının 69-cu sessiyası başa çatıb

Sessiyanın gedişində Baş Assambleya 105 plenar iclas keçirib və 327 qətnamə qəbul edib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Nyu-Yorkda BMT-nin mənzil-qərargahında BMT Baş Assambleyasının 69-cu sessiyası başa çatıb. "Report" BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Assambleyanın sədri Sem Kahamba Kutesa sessiyanın yekunlarından danışarkən, burada xüsusi diqqətin 2015-ci ildən sonrakı inkişafla bağlı gündəliyin razılaşdırılmasına yönəldiyini bildirib.

69-cu sessiyanın gedişində Baş Assambleya 105 plenar iclas keçirib və 327 qətnamə qəbul edib.

Sem Kahamba Kutesa Birləşmiş Millətlər Təşkilatının 70 illik yubileyi ərəfəsində Təşkilatda islahatların davam etdirilməsinə çağırıb.

Xatırladak ki, sentyabrın 15-də Nyu-Yorkda BMT Baş Assambleyasının 70-ci sessiyasının rəsmi açılışı olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi