Numan Kurtulmuş: “Türkiyə və Azərbaycan dostluğunun əbədi olmasını arzulayıram”

Xarici siyasət
  • 07 sentyabr, 2023
  • 11:04
Numan Kurtulmuş: “Türkiyə və Azərbaycan dostluğunun əbədi olmasını arzulayıram”
Numan Kurtulmuş

“Türkiyə və Azərbaycan dostluğunun əbədi olmasını arzulayıram".

"Report"un xəbərinə görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Ankarada keçirilən “Türk dünyası yüz ili: siyasi, iqtisadi əlaqələrdə yeni rol modeli” adlı konfransda deyib.

Onun sözlərinə görə, Türkiyə xalqı üçün Azərbaycan çox əzizdir: “Biz Azərbaycan haqqında danışanda “Can Azərbaycan” ifadəsindən istifadə edirik. Azərbaycanı canımız olaraq görürük”.

N.Kurtulmuş qeyd edib ki, Türkiyə bundan sonra dostlarının sayını artırmağa, düşmənçilikləri azaltmağa çalışacaq.

44 filmi