Novruz Məmmədov Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşüb

Novruz Məmmədov Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşüb Baş nazir Novruz Məmmədov martın 29-da Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici siyasət
29 Mart , 2019 17:25
Novruz Məmmədov Macarıstanın xarici işlər və ticarət naziri ilə görüşüb

Baş nazir Novruz Məmmədov martın 29-da Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, N.Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana səfərlərini xatırladaraq ölkələrimiz arasındakı münasibətlərin strateji xarakter daşıdığını vurğulayıb. 

Azərbaycan ilə Macarıstanın tarixi köklərə əsaslanan sıx münasibətlərinin olduğunu deyən Baş nazir iki ölkə arasında bütün sahələrdə, o cümlədən iqtisadiyyatın müxtəlif istiqamətlərində, energetika, turizm, kənd təsərrüfatı, İKT və humanitar sahələrdə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Baş nazir Maracıstanın Azərbaycan-Ermənistan münaqişəsində ölkəmizin ədalətli mövqeyini daim müdafiə etdiyinə görə minnətdarlığını bildirib.

N.Məmmədov Peter Siyartonun Azərbaycana səfəri çərçivəsində bu gün Azərbaycan Dillər Universitetində açılacaq Macar Dili və Mədəniyyəti Mərkəzinin iki ölkə arasında humanitar əməkdaşlığa töhvə verəcəyini qeyd edib.

İki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün kifayət qədər imkanların olduğunu vurğulayan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto deyib ki, Azərbaycana hər səfərində paytaxtımızda gördüyü inkişaf onda dərin təəssürat yaradır. Avropanın, o cümlədən Macarıstanın enerji mənbələrinin şaxələndirilməsinin vacibliyindən söz açan Peter Siyarto Cənub Qaz Dəhlizinin önəminə toxunub və bu layihənin reallaşdırılmasında Azərbaycanın rolunu yüksək qiymətləndirib. Qonaq Macarıstanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında müşahidəçi statusu ilə təmsil olunduğunu xatırladaraq, tarixi köklərlə bağlı olduğu türkdilli ölkələrlə əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını deyib. 

Görüşdə iqtisadi, energetika, investisiya qoyuluşu, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi