Novruz Məmmədov: “Beynəlxalq aləmdə elə bir vəziyyət yaranıb ki, heç bir ölkə özünün təhlükəsizliyini təmin etmiş hesab edə bilməz”

Novruz Məmmədov: “Beynəlxalq aləmdə elə bir vəziyyət yaranıb ki, heç bir ölkə özünün təhlükəsizliyini təmin etmiş hesab edə bilməz” "Dünya bir qütblü olandan sonra müxtəlif ölkələrə müdaxilə etməklə qanun, sabitlik, inkişaf təmin etmək planlarının heç biri uğurla nəticələnməyib"
Xarici siyasət
10 Sentyabr , 2015 10:52
Novruz Məmmədov: “Beynəlxalq aləmdə elə bir vəziyyət yaranıb ki, heç bir ölkə özünün təhlükəsizliyini təmin etmiş hesab edə bilməz”

Bakı. 10 sentyabr. REPORT.AZ/ "İndi beynəlxalq aləmdə elə bir vəziyyət yaranıb ki, heç bir ölkə özünün təhlükəsizliyini təmin etmiş hesab edə bilməz". "Report"un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün "twitter" səhifəsində yazıb.

"Dünya bir qütblü olandan sonra müxtəlif ölkələrə müdaxilə etməklə qanun, sabitlik, inkişaf təmin etmək planlarının heç biri uğurla nəticələnməyib. 50-dən artıq ölkədə həyata keçirilməsi nəzərdə tutulan bu planların hamısı humanitar faciə, xaos və radikalizmə gətirib çıxarıb. Görünür, Hantinqtonun tövsiyələrinə əməl etmək hələ də əsas vəzifə kimi qalır", - N.Məmmədov qeyd edib.

Son xəbərlər

Orphus sistemi