Norveç səfiri: "Ötən 25 il ərzində Azərbaycanla ikitərəfli əlaqələr bir çox sahələrdə inkişaf edib"

Norveç səfiri: "Ötən 25 il ərzində Azərbaycanla ikitərəfli əlaqələr bir çox sahələrdə inkişaf edib" Bard İvar Svendsen Azərbaycan xalqını təbrik edib
Xarici siyasət
18 Oktyabr , 2016 21:33
Norveç səfiri: Ötən 25 il ərzində Azərbaycanla ikitərəfli əlaqələr bir çox sahələrdə inkişaf edib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Norveçin Bakıdakı səfiri Bard İvar Svendsen  dövlət müstəqiliyinin 25-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqını təbrik edib.

"Report"un məlumatına görə, səfirliyin facebook səhifəsindən yayımlanan təbrikdə səfir bildirib ki, Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa edib və indi 25 ildir azad xalq kimi müstəqilliyini qeyd edə bilir.

"Mən Azərbaycan xalqını və hökumətini təbrik edirəm və bütün işlərdə müvəffəqiyyət, daim çiçəklənmə arzu edirəm" - səfir bildirib.

İkitərəfli əlaqələrə toxunan səfir deyib ki, keçən 25 il ərzində bu əlaqələr bir çox sahələrdə inkişaf edib və bu əməkdaşlıq və dostluq gələcəkdə də davam etdiriləcək.

Xatırladaq ki, Norveç səfiri təbrikini bu dəfə də Azərbaycan dilində səsləndirib.

Son xəbərlər

Orphus sistemi