Nikol Paşinyan üçtərəfli görüşdə iştirak etmək üçün Soçiyə yola düşüb

Nikol Paşinyan üçtərəfli görüşdə iştirak etmək üçün Soçiyə yola düşüb Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli görüşdə iştirak etmək üçün Rusiyanın Soçi şəhərinə yola düşüb.
Xarici siyasət
294
26 Noyabr , 2021 10:48
Nikol Paşinyan üçtərəfli görüşdə iştirak etmək üçün Soçiyə yola düşüb
Nikol Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli görüşdə iştirak etmək üçün Rusiyanın Soçi şəhərinə yola düşüb.

“Report” xəbər verir ki, məlumatı “Aysor” yayıb.

Bildirilib ki, səfər işgüzar xarakter daşıyır.

Qeyd edək ki, bu gün Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. V.Putinin təşəbbüsü ilə keçiriləcək görüş 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın birinci ildönümünə həsr edilib.

Görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi