Nikol Paşinyan: “Ermənistan Azərbaycanla sərhədin delimitasiyasına hazırdır”

Nikol Paşinyan: “Ermənistan Azərbaycanla sərhədin delimitasiyasına hazırdır” “Ermənistan Azərbaycanla sərhədin delimitasiyasına hazırdır”.
Xarici siyasət
13 Aprel , 2023 11:56
Nikol Paşinyan: “Ermənistan Azərbaycanla sərhədin delimitasiyasına hazırdır”
Nikol Paşinyan

“Ermənistan Soçi və Praqada əldə olunmuş razılaşmalar əsasında Azərbaycanla sərhədin delimitasiyasına hazırdır”.

“Report” “Novosti Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 13-də hökumətin iclasından əvvəl bildirib.

O iddia edib ki, bütün çətinliklərə baxmayaraq rəsmi İrəvan regional məsələlərin, Ermənistan-Azərbaycan münasibətlərinin sülh yolu ilə diplomatik həlli siyasətinə sadiqdir.

N.Paşinyan Ermənistanın əvvəllər elan olunmuş prinsiplər əsasında regional nəqliyyat və iqtisadi marşrutları açmağa hazır olduğunu vurğulayıb.

Baş nazir bildirib ki, Ermənistan Avropa İttifaqının təklifinə uyğun olaraq qoşunlarını Azərbaycanla sərhədin bütün perimetri boyu geri çəkməyə hazırdır.

Son xəbərlər

Orphus sistemi