Niderlandda "Xocalıya ədalət" tələbinin əks olunduğu beynəlxalq poçt markaları buraxılıb

Niderlandda "Xocalıya ədalət" tələbinin əks olunduğu beynəlxalq poçt markaları buraxılıb Niderlandda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə beynəlxalq poçt markaları çap edilib
Xarici siyasət
25 Fevral , 2021 21:55
Niderlandda Xocalıya ədalət tələbinin əks olunduğu beynəlxalq poçt markaları buraxılıb

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində beynəlxalq poçt markaları çap edilib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Markalarda Xocalı soyqırımının baş verdiyi tarix və "#justiceforkhojaly" ("Xocalıya ədalət!") tələbi əks olunub. Diaspor təşkilatları bu il Niderlandın rəsmi orqanlarına və beynəlxalq təşkilatlara ünvanlanacaq bəyanatları üzərində "#justiceforkhojaly" tələbi yazılmış poçt markalarının yapışdırıldığı konvertlərdə göndərəcəklər.

Son xəbərlər

Orphus sistemi