Niderlandda “Xocalıya ədalət!” tələbi ilə etiraz aksiyası keçirilib

Niderlandda “Xocalıya ədalət!” tələbi ilə etiraz aksiyası keçirilib Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyevin təşkilatçılığı ilə ilk dəfə “Xocalıya ədalət!” tələbinin əks olunduğu lövhə Niderland Krallığında da quraşdırılıb
Xarici siyasət
28 Fevral , 2021 09:53
Niderlandda “Xocalıya ədalət!” tələbi ilə etiraz aksiyası keçirilib

“Xocalıya ədalət!” tələbinin əks olunduğu lövhə Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Niderland-Belçika Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi Emil Əliyevin təşkilatçılığı ilə ilk dəfə Niderland Krallığında da quraşdırılıb. Lövhə Amsterdam-Den Bosch şəhərləri istiqamətində gedən avtomagistarlda yerləşdirililib.

Komitədən “Report”a verilən məlumata görə, Ermənistan silahlı birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlılara qarşı törətdikləri soyqırıma diqqəti cəlb etmək məqsədilə lövhədə https://justiceforkhojaly.org/ portalı da göstərilib.

Eyni zamanda, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diasporunun bir qrup nümayəndəsi Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar Haaqa şəhərindəki Ermənistan səfirliyinin qarşısında "səssis" etiraz aksiyası keçiriblər.

Aksiya zamanı "Xocalıya ədalət!" şüarı, erməni yazıçılar Zori Balayanın, David Xerdiyanın Xocalı soyqırımını ermənilərin törətməsi barədə ehtiraflarının yazıldığı plakatlar nümayiş etdirilib və səssiz etirazın rəmzi olan ağ rəngli şarlar havaya buraxılıb.

Aksiya Xocalı soyqırımına etiraz bəyanatının səfirliyin poçt qutusuna atılması ilə yekunlaşıb. Konvertin üzərinə "Xocalıya ədalət!" tələbinin əks olunduğu marka yapışdırılıb.

Son xəbərlər

Orphus sistemi