Niderlandda Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar konsert-rekviyem keçirilib

Niderlandda Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar konsert-rekviyem keçirilib Tədbirdə Azərbaycandan yüksəkvəzifəli şəxslər iştirak edib
Xarici siyasət
27 Fevral , 2018 01:09
Niderlandda Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar konsert-rekviyem keçirilib
Report

Amsterdam. 27 fevral. REPORT.AZ/ Niderlandın paytaxtı Amsterdam şəhərində erməni silahlı dəstələri tərəfindən törədilən Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar konsert-rekviyem keçirilib.

“Report” xəbər verir ki, Avropa Azərbaycanlıları Konqresinin (AAK) təşkilatçılığı, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) dəstəyi ilə keçirilən tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, DİDK sədri Nazim İbrahimov, AAK prezidenti Sahil Qasımov və digər rəsmilər, həmçinin yerli ictimaiyyət və KİV nümayəndələri, eləcə də Avropanın müxtəlif ölkələrindən olan təşkilat təmsilçiləri iştirak edib.

Heydər Əliyev Fondunun "Xocalıya ədalət" Beynəlxalq Məlumatlandırma Kampaniyası çərçivəsində baş tutan tədbir Azərbaycan himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra soyqırımı barədə qısa film təqdim edilib. Ardınca yerli musiqiçilərin ifasında konsert-rekviyem olub.

Sahil Qasımov mətbuata açıqlamasında bildirib ki, AAK tərəfindən Azərbaycan həqiqətlərinin Avropada təbliği fonunda "Xocalıya ədalət" kampaniyası çərçivəsində soyqırımının tanıdılması istiqamətində yeni işlərə start verilib.

Son xəbərlər

Orphus sistemi