Nevada ştatının qubernatoru AXC-nin 100 illiyi münasibətilə təbrik bəyannaməsi imzalayıb

Nevada ştatının qubernatoru AXC-nin 100 illiyi münasibətilə təbrik bəyannaməsi imzalayıb Bakı. 9 may. REPORT.AZ/ ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik bəyannaməsi imzalayıb.
Xarici siyasət
9 May , 2018 10:25
Nevada ştatının qubernatoru AXC-nin 100 illiyi münasibətilə təbrik bəyannaməsi imzalayıb

Bakı. 9 may. REPORT.AZ/ ABŞ-ın Nevada ştatının qubernatoru Brayan Sandoval Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik bəyannaməsi imzalayıb.

Bu barədə "Report"a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.  

Baş konsulluğa göndərilən sənəddə qubernator bu tarixi yubiley münasibətilə Nevada ştatı adından Azərbaycanı təbrik edir və ən xoş arzularını çatdırır.

Qeyd edək ki, bu, Nevada ştatının qubernatoru tərəfindən Azərbaycana dair imzalanan ilk bəyannamə deyil. Belə ki, B.Sandoval hələ 2017-ci ildə Xocalı faciəsi ilə də bağlı bəyannamə imzalayaraq, soyqırımı pisləyib. Respublikaçılar Partiyasının üzvü olan qubernator 2011-ci ildə keçirilmiş seçkilərdə qalib gələrək, bu vəzifəyə seçilib.

Son xəbərlər

Orphus sistemi