Mərmərə Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı konfrans keçirilib

Mərmərə Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı konfrans keçirilib İstanbulun Mərmərə Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı konfrans keçirilib
Xarici siyasət
23 Fevral , 2022 14:26
Mərmərə Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı konfrans keçirilib

İstanbulun Mərmərə Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı konfrans keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, tədbir Azərbaycanın İstanbuldaki Baş Konsulluğu və Mərmərə Universitetinin təşkilatçılığı ilə baş tutub.

Konfransda əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Xocalı soyqırımını özündə əks etdirən videoçarx nümayiş olunub.

Azərbaycanın İstanbuldaki baş konsulu Nərminə Mustafayeva Xocalı soyqırımı barədə iştirakçılara geniş məlumat verib, ölkənin bu soyqırımın dünyaya tanıdılması istiqamətində atdığı addımlardan danışıb: "Bütün dünyada güclü diasporu ilə tanınan ermənilər öz yalanlarını beynəlxalq ictimaiyyətə çatdırmağa nail oldular. Bunun ardınca Azərbaycan real həqiqətləri dünyaya çatdırmaq məqsədilə fəaliyyətlərə başladı. Bu istiqamətdə Azərbaycan tərəfinin başlatdığı "Xocalıya ədalət" kimi kampaniyalar öz töhfəsini verməyə başlayıb və nəhayət ki, artıq beynəlxalq təşkilatlar tərəfindən Xocalı soyqırımı tanınmağa, bununla bağlı sənədlər imzalanmağa başlanıb". 1994-cü ildə Azərbaycan parlamentinin Xocalı qətliamının soyqırımı olduğunu elan etdiyini bildirən baş konsul ümummilli lider Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin bu soyqırımının dünyada tanıdılması istiqamətində atdığı mühüm addımları xatırladıb.

N.Mustafayeva bildirib ki, Xocalı soyqırımı Azərbaycan üçün bir dönüş nöqtəsidir: "Xocalı soyqırımına qədər azərbaycanlılar ermənilərin bu qədər qəddar olacağına inanmırdılar. Ermənistan Azərbaycan sivillərinin hədəf alma siyasətini sonralar da davam etdirdi. Vətən müharibəsi dövründə də ermənilər Azərbaycanın dinc əhalisini hədəf aldı və bunun nəticəsində çox sayda insan qətlə yetirildi. Vətən müharibəsi nəticəsində əldə edilən şanlı Zəfər isə Xocalı və bu kimi bir çox qətliamlara məruz qalan xalqımızın ürəyinə bir növ su səpdi. Bizim indi tək istədiyimiz Xocalı soyqırımının səbəbkarlarının ədalətə təslim edilməsidir"

Mərmərə Universitetinin Türkiyyat Araşdırmaları İnstitutunun rəhbəri professor Okan Yeşilot, Rumeli Universitetinin professoru, təqaüddə olan polkovnik Ali Denizli, Aydın Universitetinin siyasi elmlər üzrə eksperti Murat Jane çıxış edərək Xocalı soyqırımı, Azərbaycanın 44 günlük Vətən müharibəsi və bu müharibə nəticəsində əldə edilən şanlı Zəfər haqqında danışıblar.

Son xəbərlər

Orphus sistemi