Nazir: “Özbəkistanın Azərbaycan və Türkiyə ilə əlaqələri ən yüksək səviyyəyə çatıb”

Nazir: “Özbəkistanın Azərbaycan və Türkiyə ilə əlaqələri ən yüksək səviyyəyə çatıb” “Belə bir qarşılıqlı fəaliyyət formatının yaradılması təşəbbüsünə görə azərbaycanlı həmkarlarımıza, dəstəyə görə isə türkiyəli tərəfdaşlarımıza minnətdarıq”.
Xarici siyasət
2 Avqust , 2022 13:23
Nazir: “Özbəkistanın Azərbaycan və Türkiyə ilə əlaqələri ən yüksək səviyyəyə çatıb”

“Belə bir qarşılıqlı fəaliyyət formatının yaradılması təşəbbüsünə görə azərbaycanlı həmkarlarımıza, dəstəyə görə isə türkiyəli tərəfdaşlarımıza minnətdarıq”.

“Report” xəbər verir ki, bunu Özbəkistanın xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov Özbəkistan-Azərbaycan-Türkiyə dialoq formatında keçirilən birinci iclasın yekununa dair brifinqdə bildirib.

“Milli ənənələr, dil, mədəniyyət və dinə əsaslanan mədəni-tarixi yaxınlıq, çoxəsirli əlaqələr qədimdən bəri ölkələrimizi bir-birinə bağlayır. Dövlətlərimizin başçılarının müəyyən etdiyi siyasi iradə və kurs sayəsində Özbəkistanın Azərbaycan və Türkiyə ilə əlaqələri bu gün əməkdaşlıq tarixində ən yüksək səviyyədədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2022-ci ilin martında rəsmi səfəri və Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyununda Özbəkistana dövlət səfəri strateji tərəfdaşlığımızın yeni mərhələsini açıb, bütün sahələrdə ikitərəfli əlaqələrin qurulması, qarşılıqlı etimad, hörmət və dəstək prinsiplərinə əsaslanan münasibətlərin daha da möhkəmlənməsinə təkan verib”, - o vurğulayıb.

Son xəbərlər

Orphus sistemi