Nazir müavini: "Strateji əməkdaşlıq sazişi ilə bağlı danışıqlara başlamaq məsələsində Aİ ilə Azərbaycan arasında fikir ayrılığı var"

Nazir müavini: "Strateji əməkdaşlıq sazişi ilə bağlı danışıqlara başlamaq məsələsində Aİ ilə Azərbaycan arasında fikir ayrılığı var" Mahmud Məmmədquliyev: "Azərbaycan bu məsələdə çevik olmalıdır"
Xarici siyasət
3 Dekabr , 2015 10:29
Nazir müavini: Strateji əməkdaşlıq sazişi ilə bağlı danışıqlara başlamaq məsələsində Aİ ilə Azərbaycan arasında fikir ayrılığı var

Bakı. 3 dekabr. REPORT.AZ/ “Avropa İttifaqı ilə Azərbaycan arasında strateji əməkdaşlığın qurulmasına yönələn sazişlə bağlı danışıqlara başlamaq üçün mandat verilməlidir”.

“Report”un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

Nazir müavininin sözlərinə görə, bununla bağlı Azərbaycanla Avropa İttifaqı arasında fikir ayrılığı var: "Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi ondan ibarətdir ki, danışıqların başlaması üçün mandat verilməlidir və müzakirələr aparılmalıdır. Avropa İttifaqının rəhbərliyi isə hesab edir ki, əvvəlcə görüşlər keçirib, ümumi müzakirələr aparılmalıdır, bundan sonra strateji əməkdaşlığın qurulmasına yönələn sazişlə bağlı mandat verilməlidir”.

M.Məmmədquliyevin sözlərinə görə, Azərbaycan bu məsələdə çevik olmalıdır: “Düşünürük ki, onlar 2016-cı ildə gəlsin ki, məsələni müzakirə edək”.

Son xəbərlər

Orphus sistemi