Nazir müavini: "Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların iclası 2017-ci ilin I rübündə keçirilə bilər"

Nazir müavini: "Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların iclası 2017-ci ilin I rübündə keçirilə bilər" Xələf Xələfov: "Bu, Azərbaycan hökumətinin daim diqqətdə saxladığı əhəmiyyətli məsələdir"
Xarici siyasət
1689
27 Dekabr , 2016 13:33
Nazir müavini: Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların iclası 2017-ci ilin I rübündə keçirilə bilər

Bakı. 27 dekabr. REPORT.AZ/ "Gürcüstan və Rusiya ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların iclası 2017-ci ilin I rübündə keçirilə bilər".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O, Rusiya və Gürcüstan tərəfi ilə sərhədlərin ayrılması məsələsi üzrə görüşlərin vaxtaşırı keçirildiyini qeyd edib: "Rusiya ilə sərhədlərin demarkasiyası uzun prosesdir. Müvafiq hüquqi baza formalaşdırılmalıdır. Gürcüstanla isə delimitasiya prosesindəyik. Ona görə də bu, daha çox vaxt aparacaq. Açıq qalan məsələlər razılaşdırılmalıdır və yalnız bundan sonra Gürcüstanla sərhədinin demarkasiyası prosesinə başlaya bilərik".

Nazir müavini bildirib ki, bu məsələ Azərbaycan hökumətinin daim diqqətdə saxladığı əhəmiyyətli məsələdir: "Bu, daimi prosesdir. Daim bu məsələ üzərində işləyirik".

Son xəbərlər

Orphus sistemi