Yuxarı
    Bağlamaq

    ​Nazir müavini: Azərbaycan və Hindistan hökumətlərarası komissiyanın iclası gözlənilir

    Xanım Sucata Mehta: Rəsmi şəxslərin qarşılıqlı səfərləri də planlaşdırılıb

    Bakı. 28 iyul. REPORT.AZ/ "Mənim Bakıya səfərim iki ölkə XİN-i arasında müntəzəm keçirilən məsləhətləşmələr ilə bağlıdır. Təəssüflər olsun ki, 2013-cü ildən məsləhətləşmələrə fasilə verildi və biz onları bərpa etməliyik".

    "Report"un məlumatına görə, bunu jurnalistlərə müsahibəsində Hindistanın xarici işlər nazirinin müavini xanım Sucata Mehta deyib.

    Onun sözlərinə görə, məsləhətləşmələr çərçivəsində Azərbaycanlı həmkarı Xələf Xələfovla müzakirələr aparıb və görüş məhsuldar keçib: "Biz münasibətlərin hazırkı vəziyyətinə və mövcud potensiala xüsusi önəm verdik. Görüşdə həmçinin İKT, əczaçılıq və kənd təsərrüfatı sahələrinə də toxunuldu".

    S.Mehta bildirib ki, görüş zamanı həm Azərbaycan, həm də Hindistan üçün vacib olan "Şimal-Cənub" layihəsi də müzakirə edilib: "Bu layihə Hindistan və Rusiyanı Azərbaycan vasitəsilə birləşdirəcək". 

    Hindistan XİN rəsmisi əlavə edib ki, yaxın 2 ay ərzində hökumətlərarası komissiyanın iclası, rəsmi şəxslərin qarşılıqlı səfərləri də gözlənilir: "Bu məsələlər üzərində iş aparılır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi